COP29

“Yaya qədər “Neftçi”də qalacam, mən qapıları heç bir bazar üçün bağlamıram”

00:50 İtaliya 1 822
“Yaya qədər “Neftçi”də qalacam, mən qapıları heç bir bazar üçün bağlamıram”

"Hazırda mən müqaviləmin sonuncu 6 ayındayam.

Odur ki, ilkin müqavilə (başqa klublarla - red.) imzalaya bilərəm.

Mənim klubum da (“Neftçi”) müqaviləni uzaqmaqla bağlı xahiş edib. Amma yekunda biz razılığa gələ bilməmişik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin mərkəz müdafiəçisi Yuri Matias deyib.

Braziliyalı futbolçu Rumıniyanın “Digi Sport” nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan klubu ilə müqavilənin müddətini uzadacağını düşünmür:

“Məni digər komandalar da istəyib. Amma məsələ açıq olaraq qalır.

Böyük ehtimalla mən yaya qədər “Neftçi”də qalacam. Ondan sonra sərbəst futbolçu kimi gedəcəm”.

Yuri Matias əvvəllər çıxış etdiyi Rumıniya yüksək liqasına qayıdacağını istisna etməyib.

Matias Braziliyanın “Lance” nəşrinə mediasına müsahibəsində də yeni çağışlara hazır olduğu deyib. “Mən qapıları heç bir bazar üçün bağlamıram və yeni çağırışlara hazıram”.

2023-cü ilin iyulunda “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Onunla bu ölkənin “Rapid”, “ÇFR Kluj” klublarının maraqlandığı bildirilb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 11:00 Burada olun, görünün!
10 Yanvar 02:50 Millimiz üçün Bəyoğlan
10 Yanvar 02:00 “Mən razı qaldım"