İlin sonu yaxınlaşdıqca insanları gələn il pensiya artıb-artmaması sualı maraqlandırır.
Qanunvericiliyə əsasən, hər il dövlət başçısının sərəncamı ilə əmək pensiyaları, əvvəlki ilin orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq artırılır.
Başqa sözlə, əvvəlki ilin maaş artımına uyğun olaraq növbəti ildə pensiyaların məbləği də artırılır. 2024-cü ildə orta aylıq əməkhaqqının 6 faiz artması gözlənilirsə də, ilin ilk 9 ayında bu artım 8 faiz olub.
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi tərəfindən son 9 ayda ölkə üzrə orta aylıq əmək haqqındakı artım faizi elan edilib. Komitənin məlumatına əsasən, bu müddətdə orta aylıq əmək haqqı 8 faiz artaraq 997 manat olub:
İqtisadçı Eldəniz Əmirov bildirib ki, 2025-ci ildə əmək pensiyalarının artma ehtimalı var.
O qeyd edib ki, dövlət başçısının gələn il üçün sosial paket açıqlayacağı barədə verdiyi məlumat, minimum pensiya məbləğində artım olacağına dair gözləntiləri gücləndirib. Minimum pensiyanın 280 manatdan 300-310 manata qədər yüksələcəyini düşünür.