II Liqa təmsilçilərindən “Ağdaş”ın rəhbəri Rəhman Əliyev bugünlərdə dünyasını dəyişib.
O, Ağdaş rayonunda su kanalında bataraq ölüb.
Belə ki, R.Əliyev çayda boğulan dayısı oğlu Fərid Ağazadəni xilas etmək istəyərkən həyatını itirib.
Əslən Ağdaşdan olan «Qarabağ»ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimov onunla bağlı xatirələrini bölüşüb.
Eks press-ateşe ATV kanalında yayımlanan «Futbolumuz» verlişində R.Əliyevin rayonda futbolun bərpası üçün mühüm işlər gördüyünü bildirib.
Adıçəkilən şəxsin futbol naminə fədakarlıq etdiyini, bu yolda təzyiqlərlə üzləşdiyini söyləyib. İbrahimov Əliyevin vəfatının Ağdaş futbolu ilə bağlı planlarını yarımçıq qoyduğunu söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: