İspaniya yığmasının ulduz futbolçusu Lamin Yamal maraqlı açıqlamaları ilə diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, o, əvvəlcə körpə olarkən Argentina yığmasının kapitanı Lionel Messi ilə çəkilən fotosundan söz açıb:
"Həmin foto çəkilərkən nələr olduğunu dərk etmirdim. Atam fotoları saxlamışdı.
Əslində, heç paylaşmaq istəmirdik. Çünki Messi ilə müqayisə olunmaq niyyətində deyiləm.
Əlbəttə ki, ona oxşamaq hər futbolçunun arzusudur. Ən yaxşılarla müqayisə olunmaq əladır, amma bu bəzən mənim əleyhimə işləyə bilər.
Çünki əsla Messi kimi olmayacam".