COP29

"Mən yalnız mənim deyil, həm də ailəm üçün arzumuza çatdım" - Transfer olundu, sevincindən ağladı

28 İyul 00:00 İspaniya 833
"Mən yalnız mənim deyil, həm də ailəm üçün arzumuza çatdım" - Transfer olundu, sevincindən ağladı

“Real” yeni transferi Endriki təqdim edib.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı braziliyalı hücumçu təqdimetmə mərasimində göz yaşlarını saxlaya bilməyib.

O, Madrid klubuna keçməyin yuxu kimi olduğunu deyib:

“Hiss etdiyimi izah etməyə sözüm yoxdur. Mən həmişə burada olmaq və “Real” üçün oynamaq istəmişəm.

Bu, bir yuxudur. Mən yalnız mənim deyil, həm də ailəm üçün arzumuza çatdım. Bu onlar üçündür”.

“Real”la 6 illik müqavilə bağlayan Endrik “Palmeyras”ın yetirməsidir.

Gənc hücumçu Braziliya təmsilçisinin əsas heyətində 80 oyuna çıxıb, 21 qol vurub və 4 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...