“Barselona” Joao Kanselonun transferi ilə bağlı “Mançester Siti” ilə razılaşa bilmir.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “şəhərlilər”in tələblərinə cavab verməyən məbləğ təklif edir.
“Mançester Siti” onun üçün daha çox pul almaq istəyir. Lakin “Barselona”nın təklifinin həcmi açıqlanmır.
Kanselo 2019-cu ilin yayında “Mançester Siti”yə keçib. Onun klubla müqaviləsi 2027-ci ildə başa çatır.
Portuqaliyalı futbolçu ötən mövsüm kataloniyalıların heyətində icarə əsasında çıxış edib. O, 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.