COP29

“Mən "Barselona”nın bu futbolçunu almasını istəyirəm”

18 İyul 12:00 İspaniya 3 002
“Mən "Barselona”nın bu futbolçunu almasını istəyirəm”

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “Atletik”in hücumçusu Niko Uilyamsı görmək istədiyi klubun adını çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Uilyamsı “Barselona”da görmək istədiyini bildirib:

“Barselona”nın bu futbolçunu almasını istəyirəm. Dostum Hans-Diter Flik onu xəyal edir. Onun təzminatı 60 milyon, bazar qiyməti isə artıq 100 milyon avronu ötüb”.

“Barselona”nın 22 yaşlı forvardın transferi ilə bağlı fəal danışıqlar apardığı bildirilirdi.

Uilyams İspaniya millisinin heyətində Almaniyada keçirilən Avropa çempionatında çempion olub. O, finalda qol vurub və ispanların İngiltərə millisini 2:1 hesabı ilə məğlub etməsinə kömək edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?