"Ölkənizdə olmaqdan məmnunam".
Sportinfo.az xəbər verir ki, bunu hava limanında jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gələn "Barselona"nın prezidenti Xuan Laporta deyib.
O dəvətə görə Azərbaycana təşəkkür edib:
"Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm".