
"Atletiko"nun hücumçusu Antuan Qrizmann İspaniya La Liqasında yeni göstəriciyə imza atıb.
Sportinfo.az xəbər verir ki, fransalı forvard çempionatda ən çox oyun keçirən əcnəbi olub.
Qrizmann La Liqada 521 matç keçirib. 34 yaşlı futbolçu 29-cu turun "Espanyol"la görüşündə (1:1) rekordçu olub.
Bundan əvvəlki rekord 520 matça çıxan Lionel Messiyə ("Barselona") aid idi. "Real" forması ilə 439 oyunda iştirak edən Kərim Benzema 3-cüdür.