
“Liverpul”un keçmiş futbolçusu Markus Babbel İngiltərə klubunun sabiq baş məşqçisi Yurgen Kloppun “Real”ı çalışdıracağına inanmır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Kloppu “Real”da təsəvvür edə bilmirəm. Onun belə bir təklifi qəbul edəcəyini düşünmürəm. Hətta Karlo Ançelotti ilə yolları ayırıb Kloppla danışıqlara başlasalar belə.
O, təzyiqlərdən yorulduğu üçün məşqçilikdən ayrılıb. “Real”da isə bu, “Liverpul”dan da güclüdür”.
Almaniyalı mütəxəssis 2024-cü ilin yayında “Liverpul”dan ayrılıb.
“Real” artıq bu mövsüm Çempionlar Liqasından kənarlaşdırılıb. Madrid klubu İspaniya çempionatında və ölkə kubokunda mübarizəni davam etdirir.