“Barselona”nın müdafiəçisi Pau Kubarsi komandasının oyun tərzi ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı ispaniyalı futbolçu həmişə çox yüksək müdafiə xətti ilə oynamağa çalışdıqlarını bildirib:
“Biz həmişə çox yüksək müdafiə xətti ilə oynamağa çalışırıq ki, rəqibləri ofsayd vəziyyətinə salaq.
Risklidir, amma bu bizim işimizdir. Hakimlər VAR-a getdikdə, qolun oyundankənar vəziyyətdə olacağını artıq bilirik. Lakin bəzən bu, incə xəttdir”.
“Barselona” dünən yenə qalib gəlməyi bacarıb. Komanda bu dəfə “Espanyol”u məğlub edib (3:1).
Hans-Diter Flikin komandasının rəqibi yenə müntəzəm olaraq ofsaydda olub – 6 dəfə.