“Barselona”nın yeni çalışdırıcısı məlum olub.
Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, Kataloniya klubunun almaniyalı məşqçi Hans-Diter Fliklə razılaşma əldə etdiyini bildirib.
Klubun məşqçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayacağı vurğulanıb.
“Barselona” ötən gün Xavi ilə yollarının ayrıldığını açıqlamışdı.
Hans-Diter Flik son olaraq Almaniya millisini çalışdırıb. O, “Bavariya”nın da baş məşqçisi olub.