“Dəli oldu, dörd həftəlik əməkhaqqı cəriməsi ilə heyətdən çıxarılsa, bəxti gətirəcək”

10:00 İspaniya 130
“Dəli oldu, dörd həftəlik əməkhaqqı cəriməsi ilə heyətdən çıxarılsa, bəxti gətirəcək”

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “Real”ın müdafiəçisi Antonio Rüdigerin “Barselona” ilə kubokun final matçında (2:3) baş verənlərə görə uzun müddət cəzalanacağını gözləyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“O, dəli oldu, özünə nəzarəti tamamilə itirdi. Rüdiger Almaniya millisinin oyunçusudur və başqalarına nümunə olmalıdır.

Matç zamanı bütün bunları unudur. Dörd həftəlik əməkhaqqı cəriməsi ilə heyətdən çıxarılsa, bəxti gətirəcək.

Ona uzunmüddətli qadağa tətbiqi gözləyirəm. “XXL sanksiyaları”nı gözləyirik. O, həm də sınaq müddətində idi”.

İspaniya kubokunun finalında, ikinci hissəyə əlavə olunmuş dəqiqədə baş hakim Kilian Mbappenin ötürməsi zamanı “Real”ın hücumunu dayandırıb.

Bu, ehtiyat oyunçular skamyasından hakimə tərəf buz torbası atan Rüdigeri qəzəbləndirib. Buna görə müdafiəçi qırmızı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i