
“Real” Karlo Ançelottinin gedişindən sonra müvəqqəti baş məşqçi təyin edə bilər.
İtaliyalı mütəxəssis cari mövsümün sonunda göndərilməyə yaxındır.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, madridlilərin keçmiş oyunçularından biri “Real”ın baş məşqçi postuna müvəqqəti təyin edilə bilər.
“Kral klubu”nun rəhbərliyi Raul Qonzales, Alvaro Arbeloa və Santyaqo Solarinin namizədliyini nəzərdən keçirir.
Daha əvvəl mətbuat “Real”ın Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso ilə anlaşmağa yaxın olduğunu yazmışdı.
Madrid komandası bu mövsüm UEFA Çempionlar Liqasında və İspaniya kubokunda məğlub olub. Onların hələ də La Liqanın qalibi olmaq şansı var.