Mbappe “Barselona” ilə matçı buraxacaq?

26 Aprel 22:00 İspaniya 115
Mbappe “Barselona” ilə matçı buraxacaq?

“Real”ın fransalı hücumçusu Kilian Mbappe İspaniya kubokunun finalında “Barselona”ya qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı forvard zədəsini tam bərpa etmədiyi üçün “el-klasiko”da iştirak etməyəcək.

Kataloniyalılar da zədəli olan əsas hücumçusu Robert Levandovskisiz meydana çıxacaq.

“Barselona” ilə “Real” arasında keçiriləcək final matçı bu gün saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq