4 il gözlədi, dördüncü liqa klubunun baş məşqçi postuna təyinat aldı

26 Aprel 21:40 İspaniya 134
4 il gözlədi, dördüncü liqa klubunun baş məşqçi postuna təyinat aldı

İspaniya millisinin və “Barselona”nın sabiq qapıçısı Viktor Valdes 4 illik fasilədən sonra məşqçi karyerasına qayıdıb.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniya IV liqasında çıxış edən “Real Avila”da baş məşqçi postuna gətirilib.

O, klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Valdesin son iş yeri 2020/21 mövsümündə rəhbərlik etdiyi “Hurta” olub.

O, futbolçu karyerasını 2017-ci ildə başa vurub. Valdes 2002-2014-cü illərdə “Barselona”da çıxış edib.

O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq