
Bu gecə İspaniya Kral Kubokunun final oyununda “El-Klasiko” baş tutacaq.
Sportinfo.az xəbər verir ki, əzəli rəqiblər “Barselona” və “Real Madrid” üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da, Sevilyada start götürəcək.
Bu, “Barselona” və “Real” arasında bu mövsüm üçüncü “El-Klasiko” olacaq. Kataloniyalılar əvvəlki iki qarşılaşmada qalib gəlib.
Madrid klubu rəqibinə ötən ilin oktyabrında La Liqada 4:0, yanvarda keçirilən İspaniya Superkubokunun finalında isə 5:2 hesabı ilə məğlub olub.
Ümumilikdə İspaniyanın iki nəhəng klubu 259 matçda qarşılaşıb, “Real” 106, “Barselona” 102 dəfə meydandan qalib ayrılıb, 51 dəfə isə heç-heçə ediblər.