İki şərtdə razılığa gələ bilmirlər - “Barselona” ilə Rafinya

01:30 İspaniya 86
İki şərtdə razılığa gələ bilmirlər - “Barselona” ilə Rafinya

“Barselona” vingeri Rafinyanın yeni müqaviləsi üzrə razılığa gəlməkdə çətinlik yaşayır.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni müqavilənin iki əsas şərti ilə razı deyil.

Birincisi, yeni sözləşmənin müddəti, ikincisi isə maaş məbləği.

“Barselona” oyunçusuna 1+1 şərti ilə müqavilə təklif etsə də, Rafinya dərhal 2 illik yeni anlaşma istəyir. Hazırda onun mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

28 yaşlı futbolçu cari mövsümdə “Barselona”nın heyətində 49 oyun keçirib, 30 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!