
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso “Real”da işləməyə hazırlaşır. İspaniyalı mütəxəssisin artıq bu yay Karlo Ançelottini əvəz edəcəyi gözlənilir.
sPORTİNFO.az “Fichajes”-ə istinadən xəbər verir ki, Alonso “Real”a keçəcəyi halda transferlərlə bağlı üç əsas tələb irəli sürəcək.
O, klubdan mərkəz və sol cinah müdafiəçisi, həmçinin, mərkəz yarımmüdafiəçisi mövqelərinə yeni oyunçular istəyəcək.
43 yaşlı çalışdırıcı ilə razılaşma “kral klubu”na 8 milyon avroya başa gələ bilər. Onun “Bayer”lə müqaviləsinin müddəti gələn ilin ortalarına qədər qüvvədədir.
Yeri gəlmişkən, “Real” sabah İspaniya kubokunun finalında “Barselona” ilə qarşılaşacaq.