
“Barselona”nın İspaniya kubokunun finalında “Real”la qarşıdakı oyuna hansı futbolçularla başlaya biləcəyi ilə bağlı məlumat ortaya çıxıb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların start heyətində aşağıdakı futbolçular yer alacaq:
Voyçex Şesnı; Jül Kunde, Pau Kubarsi, İniqo Martines, Gerard Martin; Frenki de Yonq, Pedri, Dani Olmo; Lamin Yamal, Rafinya, Ferran Torres.
“Barselona”nın əsas hücumçusu Robert Levandovski zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Ölkə kubokunun final oyunu aprelin 26-da, saat 00:00-da start götürəcək.