
“Tottenhem”in müdafiəçisi Kristian Romero “Atletiko”ya keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər uzun müddətdir izlədikləri argentinalı futbolçunun alınması üzərində fəal işləyirlər.
İddia edilir ki, Romero özü də “Atletiko” ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalamağa hazır olduğunu açıqlayıb.
26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.