
İspaniya La Liqasında 33-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Madrid “Real”ı səfərdə “Xetafe”nin qonağı olub.
Matçın taleyini bir qol həll edib. “Kral klubu”nun türkiyəli yarımmüdafiəçisi Arda Güler görüşün 21-ci dəqiqəsində baxımlı qola imza atıb və komandasına çempionluq yarışında vacib 3 xalı qazandırıb - 0:1.
Bu qalibiyyətdən sonra Madrid təmsilçisi əzəli rəqibi lider “Barselona”dan 4 xal geri qalır. “Xetafe” isə 39 xalla 12-ci pillədə qərarlaşıb.