FİFA araşdırmaya başladı - Bir neçə futbol klubunun sahibi hadqa

18:40 İspaniya 117
FİFA araşdırmaya başladı - Bir neçə futbol klubunun sahibi hadqa

Braziliya millisinin və “Real”ın hücumçusu Vinisius Junior ciddi şəkildə cəzalandırıla və futboldan uzaqlaşdırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

FİFA braziliyalı oyunçunu maraqların toqquşmasında şübhəli bilərək araşdırma aparır.

Səbəb isə onun bir neçə futbol klubunun sahibi olmasıdır. Bu pozuntuya görə, Vinisius iki il müddətinə futboldan uzaqlaşdırıla bilər.

24 yaşlı forvard 2018-ci ilin yayından “Real”da çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti