
“Real Madrid”in hücumçusu Kilian Mbappe tezliklə meydanlara qayıdacaq.
Sportinfo.az bu barədə “championat.com”a istinadən xəbər verir.
Məlumata görə, fransalı forvard La Liqada “Xetafe” ilə matçı buraxsa da, İspaniya Kubokunun finalında “Barselona” ilə qarşılaşmada iştirak edə biləcək.
Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab matçında topuğundan zədələnmişdi.
O, bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Barselona” - “Real” oyunu aprelin 26-da keçiriləcək.