Final və ÇL matçını buraxacaq - “Barselona” ŞOK İÇİNDƏ!

00:00 İspaniya 127
Final və ÇL matçını buraxacaq - “Barselona” ŞOK İÇİNDƏ!

“Barselona”nın heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Robert Levandovski sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Polşalı forvard 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Levandovski bu müddətdə komandanın vacib oyunlarını buraxmalı olacaq.

36 yaşlı futbolçu İspaniya Kubokunun “Real”la final görüşündə (26 aprel) və “İnter”lə Çempionlar Liqası yarımfinal mərhələsinin ilk matçında (30 aprel) komandaya kömək edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 18:10 Çək və bizə göndər!
21 Aprel 11:00 Sənin də payın olsun!