“O, dünyanın ən uğurlu məşqçisidir, amma problemlərin öhdəsindən gələ bilmir”

21 Aprel 21:40 İspaniya 91
“O, dünyanın ən uğurlu məşqçisidir, amma problemlərin öhdəsindən gələ bilmir”

“Real”ın sabiq baş məşqçisi Fabio Kapello hazırda Madrid komandasını çalışdıran həmyerlisi Karlo Ançelottinin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis “kral klubu”nun son uğursuzluqlarına baxmayaraq, Ançelottinin vəzifəsindən uzaqlaşdırılmayacağına ümid etdiyini bildirib:

“Ançelotti dünyanın ən uğurlu məşqçisidir, amma o belə, “Real”ın problemlərinin öhdəsindən gələ bilmir. Bu il bir çox şey yolunda getmədi.

Futbolçuların zədələri, Toni Kroosun olmaması – bütün bunlar göz qabağındadır.

Mən ümid edirəm ki, klub rəhbərliyi Karloya hörmət göstərəcək və onu istefaya göndərməyəcək. Elə bir hörmət ki, o, özü də bunu hiss etsin”.

Kapello 1996/97 və 2006/07 mövsümlərində “Real”ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 18:10 Çək və bizə göndər!
21 Aprel 11:00 Sənin də payın olsun!