
“Real” 22 yaşlı mərkəz müdafiəçisi Raul Asensio ilə müqaviləni 2029-cu ilə qədər uzadıb.
Sportinfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
İspan futbolçunun “kral klubu” ilə müqaviləsi 2026-cı ilə qədər idi.
Onu da əlavə edək ki, Asensio Madrid klubunun yetirməsidir və komandanın əsas heyətində bütün turnirlərdə 35 matçda iştirak edib, iki məhsuldar ötürmə edib.