
“Real”ın sabiq yarımmüdafiəçisi Rafael van der Vart Madrid klubunun müdafiəçisi Antonio Rüdigerin oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə, almaniyalı futbolçunun komandanın rəqibə uduzduğu anlarda kobud davranışından danışıb:
“O, Almaniyada olarkən “Ştutqart”da oynadı. Bir dəfə qarnıma vurdu və qırmızı vərəqə aldı. Bilirsiz, o, bir az axmaqdır”.
Rüdiger bu mövsüm 47 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.