Mbappe niyə “Real”ın məşqlərində iştirak etmir?

00:20 İspaniya 88
Mbappe niyə “Real”ın məşqlərində iştirak etmir?

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın hücumçusu Kilian Mbappe komandanın məşqində iştirak etmir.

Fransalı futbolçunun topuq nahiyəsində hələ də şiş var və bu səbəbdən, o, hələ məşqlərə başlaya bilmir.

Forvardın yaxın bir neçə gün ərzində məşqlərə qayıdacağı, ona görə də, İspaniya kubokunun finalında “Barselona”ya qarşı oynamaq şansının olduğu iddia edilir.

Mbappe Çempionlar Liqasının yarımfinalında, “Arsenal”la matçda zədələnib. O, ümumilikdə bu mövsüm 49 oyuna çıxıb, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!