“Heç vaxt belə qrafikim olmayıb, istirahət etməyə vaxtımız yoxdur”

19 Aprel 10:20 İspaniya 180
“Heç vaxt belə qrafikim olmayıb, istirahət etməyə vaxtımız yoxdur”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının Dortmund “Borussiya”sı ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda məğlubiyyətinin səbəblərindən danışıb.

Qarşılaşma 1:3 hesabı ilə başa çatsa da, ilk oyunda 4:0 hesablı inamlı qələbə sayəsində kataloniyalılar turnirin yarımfinalına yüksəliblər.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı heç vaxt belə qrafikinin olmadığını bildirib:

“Son iki həftədə neçə oyun oynadığımızı bilirsizmi? Heç vaxt belə qrafikim olmayıb.

İstirahət etməyə vaxtımız yoxdur. Dortmundda çox yaxşı oynamadıq, amma yarımfinaldayıq. Bunun baş verməsi normaldır”.

Aprelin 30-da “Barselona” və “İnter” arasında Çempionlar Liqasının ilk yarımfinal oyunu keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!