
Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq istədiyini etiraf edib. O, 2023-cü ildə “Barselona”ya qayıda bilərdi, ancaq bu transfer baş tutmadı.
Sportinfo.az “News Hub”-a istinadən xəbər verir ki, 37 yaşlı oyunçu bunun mümkün olmadığına təəssüflənir:
“Mən “Barselona”ya qayıtmaq istəyirdim. Bu, həmişə mənim məqsədim olub. Təəssüf ki, bu, mümkün olmadı”.
Messi Kataloniya komandasında 20 ildən çox çıxış edib. “Barsa” 2021-ci ildə onunla müqaviləni uzada bilməyib və o, PSJ-yə keçib.
Argentinalı iki il burada çıxış etdikdən sonra “İnter Mayami”yə transfer olunub və hazırda həmin klubda çıxış edir.
Onun MLS təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədər qüvvədədir.