
Xəbər verdiyimiz kimi, “Real” Çempionlar Liqasının 1/4 finalının hər iki matçında “Arsenal”a uduzaraq (0:3, 1:2) mübarizəni dayandırdı.
Sportinfo.az xəbər verir ki, ötən gün Madriddə keçirilən cavab qarşılaşmasından sonra komandanın təcrübəli qapıçısı Tibo Kurtua komandadan narazılığını dilə gətirib.
O, hücum xəttinin zəif oyununu qabardıb: “Çox hücumlar etdik, amma Xoselu kimi hücumçumuz yox idi.
Bəlkə də başqa variantları sınamalıydıq. Özümüzə tənqidi yanaşmaq lazımdır. Bəzən komanda olaraq daha çox oynamaq lazımdır”.
Xoselu ötən mövsümün sonunda “Real”dan ayrılıb. O, komandanın bir çox vacib qollarına imza atmışdı.