
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Robert Levandovski ilə “Əl-Nəsr”in 40 yaşlı portuqaliyalı forvardı Kriştiano Ronaldo arasında müqayisə aparıb.
Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Levandovskinin özünə çox diqqət yetirdiyini söyləyib:
“O yaşda çox şey fiziki hazırlığın üzərinə düşür. Levandovski özünə çox diqqət yetirir.
Ronaldo kimi o da inanılmaz bədən quruluşuna malikdir. O, əsl peşəkardır, hər şeyi nəzarətdə saxlayır və maksimum nəticə göstərir”.
36 yaşlı polşalı forvard bu mövsüm 46 oyun keçirib və 40 qol vurub. Onun “Barsa” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.