
“Atletiko”nun hücumçusu Antuan Qrizmannın MLS-ə transfer oluna biləcəyi mətbuatda fəal şəkildə müzakirə olunur.
Sportinfo.az “Relevo”-ya istinadən xəbər verir ki, fransalı futbolçunun bu yay Madrid klubunu tərk etməsi istisna olunur.
Əksinə, Qrizmannın klubla 2027-ci ilin ortalarınadək nəzərdə tutulan yeni müqavilə imzalayacağı gözlənilir.
“Atletiko” artıq bir neçə həftədir növbəti mövsümə dair planlar üzərində işləyir və 34 yaşlı forvard da bunun bir hissəsidir. Onun hazırkı müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunadək qüvvədədir.
Qrizmann “Atletiko”nun heyətində ümumilikdə 435 oyuna çıxaraq, 197 qol vurub və 91 məhsuldar ötürmə edib.