
“Barselona”nın hücumçusu Ansu Fati yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “TodoFichajes” nəşri məlumat yayıb.
“Yuventus” Fati ilə müqavilə imzalaya bilər. Turin klubunun bu mövsüm nadir hallarda meydana çıxan futbolçuya marağı çoxalıb.
Başqa kluba keçmək variantı Fatini də cəlb edə bilər. Çünki o, karyerasını başqa yerdə canlandırmaq imkanı qazanacaq.
Onun satılması davam edən maliyyə çətinliklərini nəzərə alaraq, “Barselona”ya da kömək edə bilər.
22 yaşlı forvardın transfer dəyəri 5 milyon avro qiymətləndirilir.