
“Real”ın yarımmüdafiəçisi Arda Gülər “Arsenal”a keçə bilər.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, türkiyəli futbolçu Madrid klubundakı oyun müddətindən narazıdır.
O, tam potensialını reallaşdırmaq istədiyi üçün yayda İngiltərə klubuna keçə bilər. Gülərin potensial transferi “Arsenal”a 30-40 milyon funt-sterlinqə başa gələ bilər.
20 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 33 matçda meydana çıxıb və ümumilikdə 1170 dəqiqə meydanda olub.
Onun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.