“Mən gələcəyimlə bağlı danışmalı deyiləm, müqaviləmin nə vaxt başa çatacağı bəllidir"

14 Aprel 10:00 İspaniya 233
“Mən gələcəyimlə bağlı danışmalı deyiləm, müqaviləmin nə vaxt başa çatacağı bəllidir"

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal”a 0:3 hesabı ilə uduzan “Real”ın baş məşqçisi Karlo Ançelotti “kral klubu”nda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, madridlilərin çalışdırıcısı deyib:

“Mən gələcəyimlə bağlı danışmalı deyiləm, çünki müqaviləmin müddətinin nə vaxt başa çatacağı bəllidir.

Amma istənilən halda, mövsümün sonunda hər şey müzakirə olunacaq. Klub məni həmişə, xüsusilə ən çətin anlarda dəstəkləyir”.

Daha öncə italiyalı mütəxəssisin cari mövsümün sonunda “Real”dan qovula biləcəyi ilə bağlı xəbərlər yayılıb.

Ançelotti 2021-ci ildən indiki postundadır. Onun İspaniya nəhəngi ilə anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

“Real” hazırda 63 xalla La Liqada 2-ci yerdədir. Komanda lider “Barselona”dan 7 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...