
Niderland millisinin baş məşqçisi Ronald Kuman Frenki de Yonqun “Barselona”dakı mövqeyi ilə bağlı fikirlərini açıqlayıb.
27 yaşlı niderlandlı yarımmüdafiəçi cari mövsümdə Kataloniya komandasının start heyətində yerini bərpa edib.
Müxtəlif mənbələrə görə, o, klubla müqaviləsini uzatmağı planlaşdırır.
Sportinfo.az “BarcaTimes”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı De Yonqun bütün klublar tərəfindən arzulandığını bildirib:
“De Yonq hər kəsin görmək istədiyi formasına qayıtdı. Bütün klublar tərəfindən arzulanır, amma düşünürəm ki, o, daha uzun illər “Barselona”da qalmaq istəyir.
Mən onun üçün çox xoşbəxtəm. Ümid edirəm ki, “Barsa” ona davamlılıq təmin edəcək”.
De Yonq bu mövsüm 34 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.