
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının nəyi inkişaf etdirə biləcəyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı təkmilləşməli olduqlarını bildirib:
“Biz təkmilləşməliyik. Xüsusən də, çoxlu bacarıqlı oyunçuları olan “Borussiya” kimi komandalara qarşı oyunlarda. İlk hissədə çoxlu şanslar yaratdıq, ancaq bir qol vurduq.
Şanslarımızdan daha yaxşı istifadə etməliyik. Xoşbəxtəm, amma irəliləyişlər gözləyirəm.
Rəqiblərimizin işini asanlaşdıran səhvlərə yol veririk. Müəyyən mənada biz daha da güclənə bilərik”.
Kataloniyalılar dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda Dortmund “Borussiya”sını darmadağın edib (4:0).