"Mən daha mükəmməl futbolçu olmaq istəyirəm"

9 Aprel 22:00 İspaniya 175
"Mən daha mükəmməl futbolçu olmaq istəyirəm"

“Barselona”nın yarımmüdafiəçisi Qavi Çempionlar Liqasının 1/4 final mərhələsində Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri oyun haqda danışıb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu meydanda olmağı və qalib gəlməyi çox istədiyini söyləyib:

“Bu mənim üçün Çempionlar Liqasında ilk 1/4 finaldır. Meydanda olmağı və qalib gəlməyi çox istəyirəm.

Hər gün özümün ən yaxşı versiyam olmaq üçün çalışıram və məşqçilər heyəti bu işdə mənə hər cür kömək edir.

Mən daha mükəmməl futbolçu olmaq istəyirəm. Baş məşqçi Hans-Diter Flikin mənə etibarı tamdır, biz çox yaxşı anlaşırıq”.

“Barselona” və “Borussiya” arasında ilk oyun bu gün Kataloniyada keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti