“Barselona”nın müdafiəçisi ilə maraqlanır - La Liqa klubu

9 Aprel 00:20 İspaniya 209
“Barselona”nın müdafiəçisi ilə maraqlanır - La Liqa klubu

“Barselona”nın müdafiəçisi Erik Qarsiya yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə İspaniyanın digər klubu “Real Sosyedad” maraqlanır. Onun potensial transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

İspaniyalı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna kimidir.

Qarsiya 2021-ci ildən kataloniyalıların heyətində çıxış edir. O, İspaniya çempionatının cari mövsümündə 21 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti