Postunu itirmək təhlükəsi ilə üzləşdi - Məşhur baş məşqçi

8 Aprel 15:40 İspaniya 259
Postunu itirmək təhlükəsi ilə üzləşdi - Məşhur baş məşqçi

“Real”ın baş məşqçisi Karlo Ançelotti 2024/25 mövsümünün sonunda iş yerini dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” Çempionlar Liqasının yarımfinalına çıxa bilməsə, tərəflər əməkdaşlığı erkən dayandıra bilər.

Ançelottinin “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. İstefa baş verərsə, italiyalı mütəxəssis Braziliya millisinin baş məşqçisi postunu tuta bilər.

“Real”a gəlincə, klub hazırda Leverkuzen “Bayer”ində çalışan ispaniyalı məşqçi Xabi Alonsonu dəvət edəcək.

“Real” Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti