Baş məşqçidən xahiş etdilər – Onu əsas heyətdə oynat

15:40 İspaniya 140
Baş məşqçidən xahiş etdilər – Onu əsas heyətdə oynat

“Barselona”nın aparıcı futbolçuları Lamin Yamal və Pedri baş məşqçi Hans-Diter Fliklə əsas komandanın heyətini müzakirə ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

İspaniyalı futbolçular Flikdən hücumçu Ferran Torresi komandanın start heyətində oynatmağı xahiş ediblər.

Torres bu mövsüm 16 qol vurub və meydana tez-tez ehtiyat oyunçular skamiyasından daxil olub.

“Barselona” İspaniya çempionatının cari mövsümündə turnir cədvəlinə başçılıq edir. Komanda 30 turdan sonra 67 xal toplayıb və ən yaxın izləyicisi “Real”ı 4 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti