
“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili maraqlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, gürcü kiper “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəldikləri oyunda rəqib komandanın hücumçusu Vinisius Juniorla mərc etdiyini bildirib.
“Vinisius ilə 50 avrodan mərcə girdim ki, penaltini dəf edəcəyəm. Bunu etdim, lakin o, hələ də 50 avromu verməyib”, - Mamardaşvili qeyd edib.