“Heç-heçə acı bir dad buraxır - Bu baş verir və biz bunu düzəltməliyik”

00:00 İspaniya 137
“Heç-heçə acı bir dad buraxır - Bu baş verir və biz bunu düzəltməliyik”

“Barselona”nın yarımmüdafiəçisi Qavi La Liqanın 30-cu turunda “Betis”lə heç-heçəni (1:1) şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq səhvlərə yol verdiklərini söyləyib:

“Başa düşürdük ki, qalib gəlsək, fərqi artıracağıq. Şanslarımız oldu, amma yararlana bilmədik. Heç-heçə acı bir dad buraxır.

Tamamilə lazımsız qol buraxdıq. Bu baş verir və biz bunu düzəltməliyik. Hakim nə qərar verirsə versin, biz onun qərarlarına müdaxilə edə bilmərik.

Baş məşqçinin mənə nə qədər inandığını bilirəm. İnsanların nə dediyi məni maraqlandırmır. Özümü çox inamlı və çox xoşbəxt hiss edirəm”.

“Barselona” qalib gəlsəydi, “Real”dan 6 xal üstün olacaqdı.

Digər Xəbərlər
Xəbər Lenti