
“Barselona”nın idman direktoru Deku İspaniya kubokunun “Atletiko” ilə səfər matçından öncə komandanın baş məşqçisi Hans-Diter Fliklə danışıb.
Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, Deku Flikdən keçmiş uğursuzluqları nəzərə alaraq, böyük səfər oyunlarında daha praqmatik oynamasını istəyib:
“Bu cür oyunlarda daha riskli futbol yoxdur”.
İspaniya kubokunun yarımfinalının cavab oyunu “Barselona”nın “Atletiko” üzərində 1:0 hesablı qələbəsi (ilk oyun – 4:4) ilə yekunlaşıb.
Bu nəticə kataloniyalılara turnirin finalına yüksəlməyə imkan verib. Flikin yetirmələri həlledici matçda “Real”la qarşılaşacaq.