
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yenidən “Real”da çıxış edə bilər.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yayda baş tutacaq Klublararası dünya çempionatında oynamaq istəyir.
“Əl-Nəsr” turnirə vəsiqə qazana bilməyib və buna görə də forvard Madrid klubu ilə qısamüddətli müqavilə imzalamağı düşünür.
İyunun 1-dən iyunun 10-dək FİFA əlavə transfer pəncərəsi açacaq və bu müddət ərzində o, “Real”la turnir müddətində müqavilə imzalaya bilər.
40 yaşlı hücumçu 2009-2018-ci illərdə İspaniya klubunun futbolçusu olub. O, bu müddət ərzində 438 oyun keçirib, 450 qol vurub və 131 məhsuldar ötürmə edib.