
“Barselona” hələ də İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyamsı transfer etməkdə maraqlıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi ötən yay ispaniyalı futbolçunu transfer etməyə çalışsa da, razılaşma baş tutmamışdı. İndi onlar Uilyamsı cari mövsümün sonunda transfer imkanını nəzərdən keçirirlər.
22 yaşlı oyunçunun “Atletik”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. Onun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.
O, İspaniya çempionatının cari mövsümündə 25 matçda iştirak edərək, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.