Mövsümün sonunda nə qədər qazana biləcək? – “Barselona”nın ulduzu

30 Mart 20:25 İspaniya 894
Mövsümün sonunda nə qədər qazana biləcək? – “Barselona”nın ulduzu

“Barselona”nın hücumçusu Robert Levandovskinin cari mövsümün sonunda nə qədər bonus ödənişi ala biləcəyi məlum olub.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, 36 yaşlı polşalı forvard La Liqanın qalibi olarsa, büdcəsinə əlavə 600 min avro əlavə edəcək.

“Barselona” ölkə çempionluğu ilə kuboku qazana bilsə, Levandovski 800 min avro əldə edəcək. Onun Çempionlar Liqasını qazanacağı təqdirdə daha 1 milyon, treblə nail olacağı halda isə 2 milyon avro qazanacağı iddia edilir.

Kataloniyalılar 28 turdan sonra 63 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO