Üçüncü dəfə gecikdi, hamının yanında üzü danlandı

27 Mart 12:45 İspaniya 1 523
Üçüncü dəfə gecikdi, hamının yanında üzü danlandı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın müdafiəçisi Jül Kundenin “Rayo Valyekano” ilə oyunöncəsi toplanışa gecikməsinə sərt reaksiya verib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı baş məşqçi çox əsəbiləşib və komanda yoldaşlarının qarşısında Kundeni danlayıb.

Bu, fransalı futbolçunun cari mövsümdə üçüncü gecikməsi olub.

Flik intizamla ciddi məşğuldur. Daha əvvəl baş məşqçinin qapıçı İnyaki Pena ilə bu səbəbdən münasibəti pisləşib və o, müntəzəm gecikdiyi üçün heyətə daxil edilməyib.

Kunde bu mövsüm bütün yarışlarda 43 matçda meydana çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti